Putin ehtiyatda olanları orduya çağırır

Hazırda oxunan: Putin ehtiyatda olanları orduya çağırır

597186

Rusiya prezidenti Vladimir Putin Ukraynaya qarşı müharibədə itkiləri kompensasiya etmək məqsədilə ehtiyatda olanların mərhələli çağırışı üçün informasiya zəmini formalaşdırır.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-ın ISW (Institute for the Study of War) analitikləri məlumat yayıb.

Analitiklər qeyd edib ki, mərhələli çağırışa hazırlıq ən azı 2025-ci ilin oktyabrından aparılır. Həmin vaxt Rusiya hökuməti rəsmi səfərbərlik elan etmədən ehtiyatda olanların ölkə hüdudlarından kənara göndərilməsinə icazə verib.

Noyabrda Putin ilboyu çağırışın keçirilməsi barədə fərman imzalayıb, dekabrda isə 2026-cı il üçün “hərbi toplanışlara” məcburi çağırışı təsdiqləyib. ISW hesab edir ki, bu mexanizm strateji ehtiyatın gizli səfərbər edilməsinə imkan yarada bilər.

Ekspertlərin qənaətinə görə, məqsəd cəbhədə hücum tempini qorumaqla yanaşı, daxildə kütləvi narazılığın qarşısını almaqdır.

ISW qeyd edir ki, son addımlar – Telegram-ın bloklanması və çağırışı tənqid edənlərə qarşı cəza nəzərdə tutan qanun layihəsi – ictimai narazılığı məhdudlaşdırmaq cəhdinin göstəricisi ola bilər. Analitiklərin fikrincə, Kreml hücum əməliyyatlarını davam etdirməklə sosial sabitliyi qorumaq arasında balans yaratmağa çalışır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin