SON DƏQİQƏ! Moskva metrosunda partlayış - VİDEO

Hazırda oxunan: SON DƏQİQƏ! Moskva metrosunda partlayış - VİDEO

597159

Moskvada metroda partlayış baş verib.

Bizim.Media xəbər verir ki, “112” Telegram kanalı Moskva metropoliteninin Bitsevskiy Park stansiyasında partlayışın görüntülərini yayıb.

Şahidlərin sözlərinə görə, hadisə nəticəsində sərnişinlər qonşu xətlərə keçməyə məcbur olublar.

“Novosti Moskvı” Telegram kanalı yazır ki, partlayışa səbəb qatarın cərəyanqəbuledicisinin və ya vaqonaltı avadanlığın nasazlığı ola bilər.

Xəsarət alanlar barədə məlumat yoxdur. Qatarların hərəkəti artıq bərpa edilib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin