Yaşayış binası çökdü - 6 ölü, 12 yaralı var – VİDEO

Hazırda oxunan: Yaşayış binası çökdü - 6 ölü, 12 yaralı var – VİDEO

597126

Pakistanın cənub liman şəhəri Karaçidə üçmərtəbəli yaşayış binasında qaz sızması nəticəsində baş verən partlayış zamanı altı nəfər həlak olub, 12 nəfər isə yaralanıb.

Bizim.Media xəbər verir ki, bu barədə xilasetmə xidmətləri məlumat yayıb.

Dövlətə məxsus Rescue 1122 xidmətinin açıqlamasına görə, partlayış binanın birinci mərtəbəsində baş verib və nəticədə tikilinin bir hissəsi uçub.

Partlayış barədə məlumat daxil olan kimi xilasetmə qrupları dərhal hadisə yerinə cəlb olunub.

Rəsmilərin bildirdiyinə görə, xilasedicilər bütün mövcud resurslardan istifadə edərək axtarış-xilasetmə əməliyyatı aparıb və dağıntılar altından bir neçə zərərçəkəni çıxarıblar.

Partlayışın qaz sızması nəticəsində baş verdiyi deyilir. Ehtimal olunur ki, qaz sızması balondan və ya qaz sorucu qurğudan qaynaqlanıb.

Yaralılar, o cümlədən uşaqlar yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Eyni zamanda, dağıntılar altında başqa şəxslərin qalmadığından əmin olmaq üçün təmizləmə və axtarış işləri davam etdirilir. (Sinxua)




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin