Rusiyanın Sankt-Peterburq şəhərində miqrantların pərakəndə və topdansatış ticarət obyektlərində işləməsinin qadağan edilməsi təklif edilib.
Bizim.Media xəbər verir ki, müvafiq təşəbbüsü şəhər üzrə Daxili İşlər Nazirliyinin Baş İdarəsinin rəisi Roman Pluqin səsləndirib. Hələlik konkret hansı peşələrin məhdudlaşdırılacağı açıqlanmayıb.
Puqinin sözlərinə görə, hazırda kuryer və taksi sahəsində tətbiq olunan məhdudiyyətlərə bənzər təşəbbüs hazırlanır və pərakəndə və topdansatış obyektlərində miqrantların istənilən vəzifədə işləməsinin qadağan olunması ilə bağlı müraciət ediləcək. Onun fikrincə, bu addım iqtisadiyyata zərbə vurmayacaq.
Şəhərdə artıq oxşar məhdudiyyətlər qüvvədədir. Patent əsasında çalışan əcnəbilərin taksi və çatdırılma sahəsində işləməsinə qadağa qoyulub.
Bu təklifin gündəmə gəlməsinə səbəb yanvarın sonunda baş vermiş hadisə olub: iki Özbəkistan vətəndaşı olan mühafizəçi “Perekrestok” supermarketində 24 yaşlı ziyarətçini oğurluqda şübhəli bilərək boğaraq öldürüb.
Xatırladaq ki, Rusiyada patent almaq öhdəliyi Azərbaycan, Moldova, Tacikistan və Özbəkistan vətəndaşlarına şamil edilir.
Bizim.Media

- A-
- A
- A+
Dünya
10:29 / 19.02.2026
Sankt-Peterburqda Azərbaycan vətəndaşlarına daha bir QADAĞA QOYULDU
Hazırda oxunan: Sankt-Peterburqda Azərbaycan vətəndaşlarına daha bir QADAĞA QOYULDU
Hazırda oxunan: Sankt-Peterburqda Azərbaycan vətəndaşlarına daha bir QADAĞA QOYULDU
597122
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































