Şoyqudan İrəvana xəbərdarlıq: Dəmir yolu sisteminiz Rusiyasız bir anda sıradan çıxar - FOTO

Hazırda oxunan: Şoyqudan İrəvana xəbərdarlıq: Dəmir yolu sisteminiz Rusiyasız bir anda sıradan çıxar - FOTO

597114

Ermənistan hakimiyyətinin ölkənin dəmir yollarının idarəçiliyində Rusiyanı əvəz etmək niyyəti yetərincə işlənməmiş qərardır və bu addım nəticəsində mövcud sistem “bir anda sıradan çıxa bilər”.

Bizim.Media xəbər verir ki, bu barədə TASS-a Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib.

O, qeyd edib ki, digər dövlətlərin dəmir yolu təsərrüfatını idarəetmə bacarığını qiymətləndirmək istəmir, lakin Ermənistanda uzun illərdir çətin şəraitdə səmərəli fəaliyyət göstərən rus dəmir yolu operatorunu hər hansı başqa şirkətin tam şəkildə əvəz etməsi çətin görünür.

Şoyqu, həmçinin Ermənistanın ABŞ ilə nüvə sahəsində mümkün əməkdaşlıq planlarını xatırladaraq sual verib:

“Diplomatik dillə desək, yetərincə işlənməmiş qərarlar sadə Ermənistan vətəndaşlarının ödəyəcəyi təhlükəli eksperimentlərə gətirib çıxarmayacaqmı?”

Şoyqunun sözlərinə görə, təxminən 20 il ərzində formalaşmış sistem bir anda dağıla bilər və bu halda məsuliyyəti heç bir “dost ölkə” öz üzərinə götürməyəcək. O, Ermənistan rəhbərliyinin qərar qəbul edərkən yalnız öz vətəndaşlarının maraqlarını nəzərə alacağına ümid etdiyini bildirib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin