Tanınmış amerikalı jurnalist Taker Karlson və onun komandası İsraildə ABŞ səfiri Mayk Hakkabi ilə müsahibədən sonra saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Daily Mail nəşri məlumat yayıb.
Məlumata görə, söhbətdən dərhal sonra İsrail rəsmiləri Karlsonun pasportunu götürüblər. Onun icraçı prodüseri isə ayrıca otağa aparılaraq sorğu-sual edilib.
Karlson bildirib: “Özlərini hava limanı təhlükəsizlik xidməti əməkdaşları kimi təqdim edən şəxslər pasportlarımızı götürdülər, icraçı prodüserimizi ayrıca otağa apardılar və səfir Hakkabi ilə nədən danışdığımızı soruşdular. Bu, qəribə idi. Hazırda biz ölkə hüdudlarından kənardayıq.”
Hadisənin detalları və saxlanmanın hüquqi əsası barədə İsrail tərəfi hələlik rəsmi açıqlama verməyib.
Xatırladaq ki, jurnalist bir vaxtlar Moskvaya gələrək Rusiya prezidenti Vladimir Putindən qalmaqallı müsahibə almışdı.

Bizim.Media





























































































