ABŞ-da Demokrat Partiyasından olan iki senator Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) böyük miqyasda təqib və izləmə proqramları ilə ABŞ vətəndaşlarının şəxsi məlumatlarını ələ keçirdiyini iddia edib.
Bizim.Media xəbər verir ki, senatorlar proqramla bağlı detalların xalqdan və Konqresdən uzun müddətdir gizlənildiyini də əlavə ediblər.
CIA isə ittihamları qəbul etməyib. Qurumun şəxsi Toxunulmazlıq və Vətəndaş Azadlıqları üzrə rəsmisi Kristi Skot bu barədə açıqlama edib.
O bildirib ki, agentlik öz mühüm milli təhlükəsizlik missiyasını yerinə yetirərkən, ABŞ vətəndaşlarının şəxsi toxunulmazlığına və vətəndaş azadlıqlarına hörmət etmək öhdəliyini qəbul edir.
Mia Quliyeva, Bizim.Media
- A-
- A
- A+
Dünya
15:39 / 11.02.2022
Sensasiya yaradan İDDİA: CIA şəxsi məlumatları toplayır
Hazırda oxunan: Sensasiya yaradan İDDİA: CIA şəxsi məlumatları toplayır
Hazırda oxunan: Sensasiya yaradan İDDİA: CIA şəxsi məlumatları toplayır
59709
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.