Zelenski: “Ukrayna və Rusiya bu məsələdə razılığa gəlib”

Hazırda oxunan: Zelenski: “Ukrayna və Rusiya bu məsələdə razılığa gəlib”

596991

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Cenevrədə keçirilən danışıqlarda atəşkəsə nəzarət mexanizmi ilə bağlı müəyyən irəliləyiş əldə olunub. Onun sözlərinə görə, siyasi iradə olacağı təqdirdə, monitorinq sisteminin həyata keçirilməsi perspektivi üzrə tərəflər demək olar ki, razılığa gəliblər.

Bizim.Media xəbər verir ki, Zelenski bu barədə jurnalistlərə WhatsApp vasitəsilə göndərdiyi səsli mesajda danışıb.

Prezident qeyd edib ki, danışıqlar iki istiqamətdə – hərbi və siyasi müstəvidə aparılıb. Onun sözlərinə görə, hərbi istiqamətdə üç tərəf də konstruktiv mövqe nümayiş etdirib.
 

“Qrupum geri qayıtdıqdan sonra daha çox detal açıqlanacaq. Amma eşitdiyimə görə, prinsip etibarilə hərbçilər atəşkəsə və müharibənin dayandırılmasına necə nəzarət etməyin mümkün olduğunu anlayırlar, əgər siyasi iradə olsa. Onlar faktiki olaraq bir çox məsələlər üzrə razılaşıblar. Monitorinq mütləq Amerika tərəfinin iştirakı ilə olacaq. Mən bunu konstruktiv siqnal hesab edirəm”, – deyə Zelenski vurğulayıb.


Bununla yanaşı, prezident bildirib ki, həssas məsələlər, xüsusilə ərazilərlə bağlı mövzular üzrə irəliləyiş yoxdur.

Prosesin digər detalları – harada və necə monitorinq aparılacağı, texniki mexanizmlər və praktiki addımlar barədə məlumatı Cenevrədən qayıtdıqdan sonra Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Andrey Qnatov təqdim edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin