Rusiyada “Telegram”ın fəaliyyəti MƏHDUDLAŞDIRILDI – RƏSMİ

Hazırda oxunan: Rusiyada “Telegram”ın fəaliyyəti MƏHDUDLAŞDIRILDI – RƏSMİ

596946

“Roskomnadzor” federal qanunvericiliyin tələbləri əsasında “Telegram”ın işini məhdudlaşdırmaqla bağlı qərar qəbul edib.

Bizim.Media Rusiya KİV-ə istinadla xəbər verir ki, bu barədə rəqəmsal inkişaf naziri Maksut Şadaev bildirib.

O qeyd edib ki, “Telegram” Rusiya Federasiyasından qadağan olunmuş məlumatları silmək üçün 150 min sorğuya məhəl qoymayıb.

Nazir əlavə edib ki, hazırda ağır faylların yüklənməsində ləngimə müşahidə olunsa da, platformanın əsas funksionallığı istifadəçilər üçün əlçatandır.

Şadaev həmçinin qeyd edib ki, Telegram yazışmalarına xarici xüsusi xidmət orqanlarının çıxışı ilə bağlı çoxsaylı faktlar mövcuddur və bu məlumatlardan Rusiya ordusuna qarşı istifadə olunur.

Onun sözlərinə görə, 2022-ci ildən etibarən Rusiyada messencerlərdən istifadə etməklə törədilən cinayətlərin sayı üç dəfə artıb.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin