“Pandemiya gender bərabərsizliyini daha da artırıb” – BMT Baş katibi 

Hazırda oxunan: “Pandemiya gender bərabərsizliyini daha da artırıb” – BMT Baş katibi 

0:00
0:00
59691

BMT-nin Baş katibi Antonio Quterreş Beynəlxalq qadın və qızların elmdə iştirakı günü ilə əlaqədar çağırış edib. 

Bizim.Media BMT-nin rəsmi saytına istinadən xəbər verir ki, Quterreş bu gün dünyada elm və mühəndislik sahəsi ilə məşğul olan hər üç tədqiqatçıdan yalnız birinin qadın olduğunu qeyd edib: 

“Struktur və sosial maneələr qadın və qızların elmlə məşğul olmasına və bu sahədə irəliləməsinin qarşısını alır.

COVID-19 pandemiyası məktəblərin bağlanması, zorakılığının artması və ev işi yükünün çoxalması ilə gender bərabərsizliyini daha da artırıb. Bu bərabərsizlik bizi gizli qalmış istedad və yeniliklərdən məhrum edir. Elm və texnologiyanın hər bir kəs üçün xidmət etdiyinə əmin olmaq üçün qadın baxışına ehtiyacımız var. Biz hərəkətə keçə bilərik və bunu etməliyik - sinif otaqlarında texnologiya, fizika, mühəndislik və riyaziyyat öyrənən qızların sayını artıran siyasətlərlə. Laboratoriyalar, tədqiqat müəssisələri və universitetlərdə qadınların inkişafı və rəhbərlik imkanlarını təmin etmək üçün hədəfli tədbirlərlə.
 

Elmdə qadınlar haqqında ayrı-seçkilik və stereotiplərə son qoymaq üçün qətiyyət nümayiş etdirməklə. Azlıqlara aid qadınlar üçün imkanları geinşləndirmək məqsədilə daha ciddi tədbirlər görməklə”. 


Quterreş bildirib ki, bunlar süni intellekt kimi vacib sahə üçün əhəmiyyətli rol oynayır. 

“Süni intellekt sahəsində qadınların azlığı ilə kişiləri normaya uyğun, qadınları isə istisna hal kimi qəbul edən məntiqsiz və gender ayrı-seçkiliyini dəstəkləyən alqoritmlər arasında birbaşa əlaqə var”, – A. Quterreş vurğulayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin