Hillari Klinton: “Britaniya kralının qardaşı Konqres qarşısında ifadə verməlidir”

Hazırda oxunan: Hillari Klinton: “Britaniya kralının qardaşı Konqres qarşısında ifadə verməlidir”

596803

Amerika Birləşmiş Ştatlarının (ABŞ) sabiq dövlət katibi Hillari Klinton bildirib ki, Konqresin Cefri Epşteyn ilə bağlı apardığı araşdırma çərçivəsində ifadə verməyə çağırılan hər kəs komitə qarşısına çıxmalıdır.

Bizim.Media BBC-yə istinadla xəbər verir ki, H. Klinton bu fikri Kral Çarlzın qardaşı Endryu Mauntbetten Vindzorun Konqres qarşısında ifadə verib-verməməli olması barədə suala cavab olaraq səsləndirib.

O qeyd edib ki, çağırılan hər bir şəxs ifadə verməlidir.

Endryu Mauntbetten Vindzor ABŞ Ədliyyə Nazirliyinin açıqladığı sənədlərdən sonra yenidən diqqət mərkəzindədir. Həmin sənədlərdə onun 2001–2011-ci illərdə Böyük Britaniyanın ticarət nümayəndəsi olduğu dövrdə məxfi sənədləri Cefri Epşteynə ötürdüyü iddia olunur. Məlumatlar ictimai narazılığa səbəb olub və Endryu Mauntbetten Vindzor barəsində, o cümlədən mümkün korrupsiya faktları ilə bağlı araşdırma aparılmasına dair çağırışları artırıb.

Temz Vadisi Polisi məsələ ilə əlaqədar Krallığın Prokurorluq Xidmətinin mütəxəssisləri ilə məsləhətləşmələr aparıldığını bildirib. Bununla yanaşı, qurum cinayət araşdırmasının başlanıb-başlanmayacağı ilə bağlı qərarın nə vaxt veriləcəyinə dair vaxt çərçivəsi təqdim etməyib.

Qeyd edək ki, Britaniya kral ailəsinin üzvü Endryu Mauntbatten Vindsor pedofil Cefri Epşteynlə əlaqələri ilə bağlı qalmaqaldan sonra qalan kral titullarından da rəsmi şəkildə məhrum edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin