Rusiya ordusu Ukraynaya 29 raket və 396 dronla hücum etdi - VİDEO

Hazırda oxunan: Rusiya ordusu Ukraynaya 29 raket və 396 dronla hücum etdi - VİDEO

596755

Fevralın 17-si gecə saatlarında Rusiya qoşunları Ukraynaya 29 müxtəlif tipli raket və 396 dronla hücum edib.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin “Telegram” kanalındakı paylaşım edilib.

Ukraynanın ordu rəsmilərin sözlərinə görə, 17 fevral gecəsi Rusiya müxtəlif tipli raket və dronlardan istifadə edərək Ukraynaya kütləvi hücum edib. Xüsusilə, Rusiya Federasiyasının Rostov vilayətindən və Krımdan dörd “İskəndər-M” ballistik raketi, Xəzər dənizindən 20 ədəd X-101 hava-hava tipli qanadlı raket, Kursk vilayətindən dörd “İskəndər-K” qanadlı raketi, Donetsk vilayətinin hava məkanından bir X-59/69 idarə olunan raket və Kursk, Oryol, Millerovo, Bryansk, Primorsko-Axtarsk, Şatalovo və Krım istiqamətindən 396 ədəd “Şahed”, “Gerbera” və “Italmas” hücum PUA-ları, eləcə də digər növ dronlardan istifadə edilib.

Atılan dronların təxminən 250-si “Şahed” tipli PUA-lar olub.

Hava hücumu təyyarələr, zenit-raket qoşunları, elektron müharibə bölmələri, pilotsuz sistemlər və Ukrayna Müdafiə Qüvvələrinin mobil atəş qrupları tərəfindən dəf edilib. İlkin məlumatlara görə, hava hücumundan müdafiə qüvvələri 392 hava hədəfini, yəni, 20 X-101 qanadlı raketini, dörd “İskəndər-K” qanadlı raketini, bir X-59/69 idarə olunan hava-hava raketini və müxtəlif tipli 367 hücum PUA-sını vurub.

Bundan başqa, 13 yerdə dörd ballistik raket və 18 hücum PUA-sının zərbələri qeydə alınıb.

Vurulan hədəflərin parçaları səkkiz yerə düşüb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin