Dünən İslam Respublikasının repressiv qüvvələrinin Həmədan əyalətinin Çinar kəndində genişmiqyaslı əməliyyat keçirdiyi bildirilir.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı "Azad İran" Telegram kanalı yayıb.
Məlumata görə, kənd atəşə tutulub və eyni zamanda mühasirəyə alınıb.
Əməliyyat səhər saat 04:30-də başlayıb. Onlarla zirehli texnika, bir neçə avtomobilin kəndə daxil olduğu qeyd edilir.
Bildirilir ki, basqın zamanı yüzlərlə sakin saxlanılıb. Kütləvi həbslər zamanı çox sayda insanın yaralandığı, bəzi sakinlərin isə təhlükəsizlik qüvvələri tərəfindən döyüldüyü açıqlanıb.
Məlumatlara görə, saxlanılanların taleyini öyrənmək üçün polis bölməsinin qarşısına toplaşan sakinlər binanın içərisindən qışqırıq və çığırtı səsləri eşitdiklərini bildiriblər.
Bizim.Media

- A-
- A
- A+
Dünya
12:49 / 17.02.2026
Həmədana zirehli texnika yeridildi: Yüzlərlə insan həbs edildi - VİDEO
Hazırda oxunan: Həmədana zirehli texnika yeridildi: Yüzlərlə insan həbs edildi - VİDEO
Hazırda oxunan: Həmədana zirehli texnika yeridildi: Yüzlərlə insan həbs edildi - VİDEO
596753
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































