Oman vətəndaşları Azərbaycana vizasız gələcək

Hazırda oxunan: Oman vətəndaşları Azərbaycana vizasız gələcək

596710

Fevralın 15-dən başlayaraq Oman vətəndaşlarının Azərbaycana vizasız girişinə icazəsi verilib.

Bizim.Media xəbər verir ki, bu barədə Omanın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, adıçəkilən ölkənin sakinlərinə birillik müvəqqəti güzəşt nəzərdə tutulub.

Qeyd olunur ki, sözügedən ərəb ölkəsinin vətəndaşları əvvəlcədən viza almadan Azərbaycana daxil ola və hər səfərdə 30 günə qədər qala bilərlər. Bir il ərzində maksimum üç səfərə icazə verilir.

XİN səyahət edənlərə pasportlarının giriş tarixindən etibarən ən azı altı ay müddətində etibarlı olmasını tövsiyə edib. Ziyarətçilərdən həmçinin qalma müddətini əhatə edən tibbi sığorta alması da tələb olunur.

Vurğulanır ki, bu addım ölkə vətəndaşlarının səyahət imkanlarını asanlaşdıracaq və iki ölkə arasında əlaqələri gücləndirəcək.

Nəzərə çatdıraq ki, ötən ilin sonlarında Azərbaycan Respublikası Hökuməti ilə Oman Sultanlığı Hökuməti arasında diplomatik, xüsusi və xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş təsdiq edilib. (oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin