Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti Rio karnaval zamanı əyləncəli görüntüləri ilə sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.
Bizim.Media xəbər verir ki, xarici KİV-in yaydığı kadrlarda 66 yaşlı çalışdırıcının festival coşqusu içində bir neçə xanımla rəqs etdiyi və səmimi anlar yaşadığı əks olunub. Həmin görüntülər qısa zamanda internetdə yayılaraq futbol ictimaiyyətində geniş rezonans doğurub.
Adətən meydan kənarında və məşq prosesində ciddi və təmkinli davranışı ilə seçilən Ançelottinin bu dəfə karnaval abu-havasına uyğun şəkildə şən əhval-ruhiyyədə olması azarkeşləri təəccübləndirib. Bəzi istifadəçilər məşqçinin istirahətə haqqı olduğunu vurğulasa da, digərləri görüntüləri sürpriz adlandırıb.
Qeyd edək ki, Rio karnavalı hər il minlərlə yerli və xarici qonağı bir araya gətirən ən möhtəşəm festivallardan biri hesab olunur. (Milli.az)


Bizim.Media

- A-
- A
- A+
Dünya
09:54 / 17.02.2026
Hamı Ançelottinin qızlarla bu FOTOsundan DANIŞIR
Hazırda oxunan: Hamı Ançelottinin qızlarla bu FOTOsundan DANIŞIR
Hazırda oxunan: Hamı Ançelottinin qızlarla bu FOTOsundan DANIŞIR
596693
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































