Tarixdə İLK: Ana və oğul birgə yarışdı – FOTO

Hazırda oxunan: Tarixdə İLK: Ana və oğul birgə yarışdı – FOTO

596691

İtaliyada keçirilən Qış Olimpiya Oyunları tarixində bir ilk yaşanıb.

Bizim.Media xəbər verir ki, Meksika dağ xizəyi komandasının üzvləri Sara Şleper və Lasse Qaxiola eyni Qış Olimpiya Oyunlarında yarışan ilk ana və oğul kimi tarixə düşüblər.

Fevralın 16-da 18 yaşlı Xaxiola slalom yarışında çıxış edib, lakin ikinci cəhddə məsafəni uğurla başa vura bilməyib.

Fevralın 12-də Qaxiolanın anası, 46 yaşlı Sara Şleper İtaliyada keçirilən supergiqant yarışında 1 dəqiqə 31,37 saniyə nəticə göstərərək 26-cı yeri tutub. Şleper Olimpiadada üç rekord qırıb.

Belə ki, o, Olimpiadada iştirak edən ən yaşlı alp xizəkçisi, yeddi Olimpiadada iştirak edən ilk alp xizəkçisi və oğlu ilə eyni Qış Olimpiya Oyunlarında iştirak edən ilk idmançı olub.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin