Rusiya beşinci nəsil Su-57 qırıcılarını Ukraynadakı vəziyyət fonunda Çin sərhədi yaxınlığında yerləşən uzaq hərbi hava bazasına göndərib.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-ın The National Interest (TNI) jurnalının icmalçısı Piter Suçiu yazıb.
Məqalədə bildirilir ki, son peyk görüntüləri Uzaq Şərqdə yerləşən bazada bir neçə Su-57 təyyarəsinin olduğunu təsdiqləyir. Həmin baza Ukraynadakı aktiv döyüş əməliyyatları zonasından maksimum dərəcədə uzaqda yerləşir.
Suçiu ehtimal edir ki, qırıcılar regionda modernizasiya və ya sınaq məqsədilə yerləşdirilə bilər. Bununla yanaşı, o, başqa versiyanı da istisna etmir: “Digər mümkün izah ondan ibarətdir ki, Rusiya öz dəyərli Su-57-lərini Ukraynadan qorumağa çalışır”, — müəllif yazıb.
Beləliklə, Su-57 qırıcılarının yerdəyişməsi Ukrayna ilə davam edən münaqişə fonunda Rusiyanın hərbi strategiyasında mümkün dəyişikliklərə işarə edə bilər.
Bizim.Media



































































































