Perm hava limanı fevralın 17-nə keçən gecə təyyarələrin qəbulu və yola salınmasını müvəqqəti olaraq məhdudlaşdırıb.
Bizim.Media xəbər verir ki, bu barədə Rosaviasiya-nın mətbuat xidməti məlumat yayıb.
Bununla da o, sutkanın əvvəlindən fəaliyyətini dayandıran yeddinci hava limanı olub.
Məhdudiyyətlər Moskva vaxtı ilə saat 6:53-dən uçuş təhlükəsizliyinin təmin edilməsi məqsədilə tətbiq edilib. Adətən belə məhdudiyyətlər pilotsuz uçuş aparatları ilə zərbə təhlükəsi zamanı tətbiq olunur.
Fevralın 17-si səhər saatlarına olan məlumata görə, uçuşlar həmçinin aşağıdakı şəhərlərdə qəbul edilmir: Ufa, İjevsk, Nijnekamsk, Soçi, Krasnodar, Gelencik.
Bununla yanaşı, Rosaviasiya Tambov və Kazan hava limanlarında məhdudiyyətləri aradan qaldırıb, həmin hava limanları adi rejimdə fəaliyyət göstərir.
Bizim.Media



































































































