Donald Tramp Krıma gələcək?

Hazırda oxunan: Donald Tramp Krıma gələcək?

596487

Krım ABŞ prezidenti Donald Trampı rəsmi səfərlə qəbul etməyə hazırdır.

Bizim.Media xəbər verir ki, bu barədə Krım parlamentinin rəhbəri Vladimir Konstantinov RIA Novosti agentliyinə açıqlamasında danışıb.

“Trampı Krımda görməyə hazırıq. Biz məmnuniyyətlə göstərəcəyik ki, kim idik və kimə çevrilmişik”, — deyə o bildirib.

Konstantinov qeyd edib ki, krımlılar reallığı ayıq və obyektiv qəbul etməyi bacaran siyasətçilərlə dialoq qurmaq istəyirlər.

Bundan əvvəl Donald Tramp bəyan etmişdi ki, Ukraynadakı münaqişənin nizamlanmasına dair mümkün razılaşma çərçivəsində Krım yarımadası “Rusiyanın tərkibində qalacaq”. 

Onun sözlərinə görə, bu faktı Ukrayna lideri Volodimyr Zelenski də yaxşı anlayır. ABŞ prezidenti xatırladıb ki, yarımada artıq xeyli müddətdir Rusiyanın tərkibindədir.
 

Tramp həmçinin Krıma heyranlığını ifadə edib. Ağ Evin rəhbəri müsahibələrinin birində yarımadanı hər tərəfdən su ilə əhatələnmiş “ürək” adlandırıb və onun böyük potensiala malik olduğunu qeyd edib.


Krım 2014-cü ildə keçirilmiş “referendum”un nəticələrinə əsasən Rusiyanın tərkibinə daxil edilib. Rəsmi məlumatlara görə, birləşmənin lehinə Krımda seçicilərin 96,77%-i, Sevastopolda isə 95,6%-i səs verib. Bununla belə, Ukrayna hakimiyyəti referendumun nəticələrini tanımaqdan imtina edir və Krımı müvəqqəti işğal olunmuş ərazi hesab edir. Dünyanın əksər ölkələri də Kiyevin mövqeyini dəstəkləyir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin