Ukraynaya ən çox silah tədarük edən ölkələrdən biri Rusiyanın qonşusu imiş... - FOTO

Hazırda oxunan: Ukraynaya ən çox silah tədarük edən ölkələrdən biri Rusiyanın qonşusu imiş... - FOTO

596461

Finlandiya müharibə başlayandan bəri Ukraynaya 3,2 milyard avro məbləğində hərbi yardım göstərib. 

Bizim.Media xəbər verir ki, bu barədə RIA Novosti agentliyinə Rusiyanın Helsinkidəki səfiri Pavel Kuznetsov bildirib.

“Helsinki Ukraynaya silah tədarük edən aparıcı ölkələrdən biri olaraq qalır. Finlandiya artıq Ukraynaya ümumi dəyəri 3,2 milyard avro olan 32 hərbi məhsul paketi göndərib”, — deyə səfir qeyd edib.



Kuznetsov əlavə edib ki, Finlandiya hakimiyyəti Ukrayna Silahlı Qüvvələrinin sifarişlərini yerinə yetirmək üçün ölkənin sənaye sektoruna əlavə olaraq 600 milyon avro ayırıb. Bundan başqa, rəsmi Helsinki Ukrayna üçün hərbi texnika alış proqramında iştirak etməyi planlaşdırır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin