Ukraynanın Rovno şəhərində kişi valideynlərinin yanına gələrək pul tələb edib. Aralarında mübahisə yaranıb və nəticədə atanın ölümü ilə nəticələnib.
Bizim.Media xarici mediaya istinadən xəbər verir ki, 36 yaşlı kişi atasını yandırdığına görə həbs edilib. Yaşlı kişi aldığı xəsarətlərdən ölüb.
"Kişi anasından pul tələb edib və bu, onunla evdə olan 74 yaşlı atası arasında mübahisəyə səbəb olub. Mübahisə zamanı oğul atasının üzərinə benzin töküb yandırıb. Kişi hadisə yerində ölüb", - açıqlamada bildirilir.
Xilasedicilər dərhal hadisə yerinə gəliblər. Onlar binanın 35 sakinini təxliyə ediblər və mənzildəki yanğını söndürüblər.
Atasını yandırmaqda şübhəli bilinən oğul saxlanılıb. (Lemt.az)
Bizim.Media

- A-
- A
- A+
Dünya
20:09 / 15.02.2026
Anası pul vermədi, atasını benzin töküb yandırdı
Hazırda oxunan: Anası pul vermədi, atasını benzin töküb yandırdı
Hazırda oxunan: Anası pul vermədi, atasını benzin töküb yandırdı
596417
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































