ABŞ-dan Ukraynaya hərbi yardımın növbəti partiyası göndərilib.
Bizim.Media UNIAN-a istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Aleksey Reznikov feysbuk hesabından məlumat verib.
Onun sözlərinə görə, budəfəki hərbi yardımın çəkisi 130 tondur: “Daha 2 hərbi təyyarə Kiyevə çatıb. Bu, ABŞ-ın 15-ci hərbi yardımıdır. Hərbi yardımların ümumi çəkisi 120 tondan çoxdur”.
Eyni zamanda hərbi yardımın gələcəkdə də davam etdiriləcəyi bildirilib.
Qeyd edək ki, Rəsmi Vaşinqton Rusiyanın Ukraynaya mümkün hücumu ilə əlaqədər Kiyevə hərbi yardım göstərməyə razı olduğunu bildirib.
Bizim.Media