Hindistan İsraildən milyardlarla dollarlıq silah alır

Hazırda oxunan: Hindistan İsraildən milyardlarla dollarlıq silah alır

596351

2026-cı ilin əvvəlindən etibarən Hindistan İsraildən 8,6 milyard dollar dəyərində silah tədarükünə dair müqavilələr paketi imzalayıb.

Bizim.Media xəbər verir ki, bu barədə Forbes India nəşri məlumat yayıb.
 

Bu razılaşma Hindistanın müdafiə sahəsində indiyədək bağladığı ən iri iki müqavilədən sonra üçüncü yerdə qərarlaşıb. Bunlar 2016-cı ildə Fransadan 8,7 milyard dollara Rafale təyyarələrinin alınması və yaxın zamanda 39,7 milyard dollarlıq Rafale təyyarələri və raketlərin alınmasına dair müqavilədir.


Nəşrin məlumatına görə, Hindistan İsraildən “Rafael” konserninin istehsalı olan Spice 1000 istiqamətləndirmə dəstlərini alıb. Bu sistem adi bombanı 100 kilometrədək məsafədə hədəfi dəqiqliklə vura bilən yüksək dəqiqlikli sursata çevirir.

Müqavilə paketinə, həmçinin “Elbit” konserninin hazırladığı Rampage hava-yer raketləri və “Israel Aerospace Industries” (IAI) şirkətinin “Aviasiya sənayesi” bölməsi tərəfindən istehsal edilən Air Lora raketləri daxildir. Rampage raketinin uçuş məsafəsi təxminən 250 kilometrdir və Hindistan Hərbi Hava Qüvvələri onu Su-30 və MiQ-29 qırıcılarında istifadə edir.
 

MLM zavodunda istehsal olunan Air Lora raketi raket obyektlərini, hərbi bazaları və hava hücumundan müdafiə sistemlərini məhv etmək üçün nəzərdə tutulub. Raketin çəkisi təxminən 1600 kiloqramdır, o, səsdən sürətli hərəkət edir və müdaxiləyə qarşı qorunan peyk naviqasiyasından istifadə edir.


Silah paketini, həmçinin “Rafael”in hazırladığı və 300 kilometrədək məsafədə hədəfi vura bilən Ice Breaker adlı dəniz qanadlı raketi tamamlayır.

2020–2024-cü illər ərzində İsrailin ümumi müdafiə ixracının 34 faizi Hindistanın payına düşüb — bu, təxminən 20,5 milyard dollar təşkil edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin