Qəzada yaralanan Ramzan Kadırovun oğlunun dalağı çıxarıldı - Bir gözü isə...

Hazırda oxunan: Qəzada yaralanan Ramzan Kadırovun oğlunun dalağı çıxarıldı - Bir gözü isə...

596343

Kütləvi informasiya vasitələrinin məlumatına görə, Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu Qroznıda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ağır xəsarət alıb.

Bizim.Media xəbər verir ki, “Novaya qazeta Yevropa”nın məlumatına görə, ona dalaq çıxarılması əməliyyatı aparılıb. Görmə sinirinin zədələnməsi səbəbindən bir gözündə görmə qabiliyyətini itirmə riski mövcuddur.
 

Bildirilir ki, o, təxminən üç həftə Moskvanın Botkin adına xəstəxanasında müalicə alıb və daha sonra evə buraxılıb.


Ramzan Kadırov isə bəyan edib ki, oğlu ilə bağlı qəza hadisəsinə medianın diqqəti həddindən artıq olub.

Məlumata görə, kortejdən olan mühafizəçilər də ağır xəsarətlər alıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin