Ukraynadan Aİ-yə çağırış: Rusiyaya təzyiqlər artırılsın

Hazırda oxunan: Ukraynadan Aİ-yə çağırış: Rusiyaya təzyiqlər artırılsın

596336

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas ilə görüş keçirib.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna XİN rəhbəri danışıqların yekununa dair məlumat yayıb.

Sibiqanın sözlərinə görə, əsas müzakirə mövzusu sülh təşəbbüsləri və onların ABŞ və Avropa İttifaqının iştirakı ilə daha sürətli həyata keçirilməsi imkanları olub. Tərəflər, həmçinin Rusiyaya qarşı sanksiya təzyiqlərinin gücləndirilməsinin zəruriliyini müzakirə ediblər.
 

Söhbət, xüsusilə, Aİ-nin 20-ci sanksiyalar paketinin tezliklə qəbul olunmasından, Rusiyanın “kölgə donanması”na qarşı dəniz xidmətlərinin göstərilməsinə qadağa qoyulmasından və “Ukraynaya qarşı Rusiya təcavüzündə iştirak edən şəxslərin Aİ ərazisinə girişinin qadağan edilməsindən” gedib.


Sibiqa və Kallas Ukraynanın Avropa İttifaqına üzvlüyünü də müzakirə ediblər. Bu məsələ “həm Ukrayna, həm də bütün Avropa üçün əsas təhlükəsizlik təminatlarından biri” kimi qiymətləndirilib. Nazir vurğulayıb ki, Kiyev zəruri bütün işləri mümkün qədər tez başa çatdırmağa hazırdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin