Ukrayna dronları Soçiyə hücum etdi - VİDEO

Hazırda oxunan: Ukrayna dronları Soçiyə hücum etdi - VİDEO

596335

Fevralın 15-nə keçən gecə Ukraynaya məxsus pilotsuz uçuş aparatları Krasnodar diyarına hücum edib.

Bizim.Media xəbər verir ki, bu barədə regionun qubernatoru Veniamin Kondratyev məlumat yayıb.
 

Soçi və Novorossiysk şəhərlərində hava hücumu siqnalları səslənib. Soçidə fərdi yaşayış evinə ziyan dəyib — pəncərələr sınıb, istilik sistemi zədələnib. İki nəfər xəsarət alıb və xəstəxanaya yerləşdirilib.


Hücum fonunda Krasnodar, Soçi və Gelencik hava limanlarının, həmçinin Vladiqafqaz, Qroznı, Maqas və Volqoqrad hava limanlarının fəaliyyəti müvəqqəti olaraq məhdudlaşdırılıb. Səhər saatlarınadək məhdudiyyətlər aradan qaldırılıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin