Qaluzin: “Rusiya, ABŞ və Ukrayna razılığa gəldi”

Hazırda oxunan: Qaluzin: “Rusiya, ABŞ və Ukrayna razılığa gəldi”

596332

Rusiya–ABŞ–Ukrayna formatında keçirilən danışıqların iştirakçıları “məlumat sızmaları olmadan” işləmək barədə razılığa gəliblər.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin TASS agentliyinə müsahibəsində bildirib.

“Amerika tərəfinin təzyiqi və döyüş meydanındakı məğlubiyyətlər nəticəsində Kiyev yenidən danışıqlar masasına qayıtdı — bu dəfə Əbu-Dabidə. Yanvarın 23–24-də və fevralın 4–5-də orada təhlükəsizlik məsələləri üzrə işçi qrupunun Rusiya–ABŞ–Ukrayna üçtərəfli formatında iclasları keçirilib. İştirakçılar səssizlik rejimində işləmək, məlumat sızmalarına yol verməmək barədə razılığa gəliblər. Buna görə də həmin platformada aparılan müzakirələrin gedişi və məzmunu ilə bağlı şərh verməkdən çəkinəcəyəm”, — deyə o qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin