Orban: “Macarıstan üçün Avropa İttifaqı Putindən daha təhlükəlidir”

Hazırda oxunan: Orban: “Macarıstan üçün Avropa İttifaqı Putindən daha təhlükəlidir”

596325

Macarıstanın baş naziri Viktor Orban Budapeştdə tərəfdarları qarşısında çıxışı zamanı yenidən Avropa İttifaqı rəhbərliyini tənqid edib.

Bizim.Media xəbər verir ki, bu barədə xarici KİV yazıb.

“Azadlığı sevənlər düşüncəyə alışmalıdır ki, qorxmalı olduqları tərəf Şərq deyil, Brüsseldir”, — deyə Macarıstan hökumətinin başçısı bildirib.

Deutsche Welle-nin məlumatına görə, Orban əlavə edib ki, Putindən qorxu aşılanması primitiv və ciddi olmayan yanaşmadır”, Brüssel isə “birbaşa təhlükə mənbəyidir”.

 

Orban həmçinin Avropa İttifaqı rəhbərliyini qarşıdan gələn aprel parlament seçkilərində əsas rəqibi — “Hörmət və Azadlıq” (TISZA) Partiyasının lideri Peter Madyarı dəstəkləməkdə ittiham edib.


Macarıstan baş nazirinin fikrincə, TISZA partiyasının populyarlığının artmasının arxasında Avropa Parlamentində Avropa Xalq Partiyasının lideri Manfred Veber və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen dayanır.

“Tam aydındır ki, Macarıstanda neft biznesi, bankirlər və Brüssel elitası hökumət formalaşdırmağa hazırlaşır, — deyə Orban bildirib. — Onlara Macarıstanda Brüsselin tələblərinə heç vaxt ‘yox’ deməyəcək biri lazımdır”.

Onun sözlərinə görə, “biz onsuz da bilirdik ki, bizim həqiqi rəqiblərimiz Macarıstanın müxalifət partiyaları deyil. Bizim əsl rəqiblərimiz onların Brüsseldəki himayədarlarıdır”.
 

DW xatırladır ki, Orban Avropa İttifaqı rəhbərliyi ilə bağlı skeptik mövqeyini ilk dəfə səsləndirmir. Onun hökuməti dəfələrlə Ukraynanın Aİ-yə qəbuluna qarşı çıxıb. Bundan əlavə, Budapeşt Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsi və Ukraynaya yardım göstərməsi ilə bağlı qərarları bir neçə dəfə bloklayıb.


Budapeştin GKI institutunun məlumatına görə, Macarıstan 2004-cü ildə Aİ-yə üzv olduqdan bəri Brüsseldən  67,8 milyard avro vəsait alıb. Bu məbləğ 2024-cü il üzrə ölkənin ÜDM-nin təxminən dörddə birinə bərabərdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin