Almaniyada 3 nəfər bankı belə soydu - TƏFƏRRÜAT

Hazırda oxunan: Almaniyada 3 nəfər bankı belə soydu - TƏFƏRRÜAT

596312

Almaniyanın Aşağı Saksoniya əyalətinin Ştur şəhərində bank soyğunçuluğu baş verib.

Bizim.Media xəbər verir ki, bu barədə Almaniyanın “Bild” qəzeti hüquq-mühafizə orqanlarına istinadla məlumat yayıb.

Polisin bildirdiyinə görə, mavi kombinezon geyinmiş üç naməlum şəxs nahar fasiləsi zamanı bankın seyflərinin yerləşdiyi zirzəmiyə daxil olub. Quldurlar 14 seyfi açaraq hadisə yerindən qaçıblar. Dəymiş ziyanın həcmi hələlik məlum deyil.

Oğurluq faktı yalnız bir neçə bank əməkdaşının özlərini pis hiss etməsindən sonra üzə çıxıb. Sonradan məlum olub ki, cinayətkarlar zirzəmiyə naməlum maddə səpiblər.

Hazırda polis hadisəni törədən şəxslərin axtarışını davam etdirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin