İŞİD Rusiya vətəndaşını edam etdi - FOTO

Hazırda oxunan: İŞİD Rusiya vətəndaşını edam etdi - FOTO

59630
ABŞ-ın nüfuzlu “Nyu York Tayms” (“The New York Times”) qəzeti İŞİD terrorçularının Rusiya vətəndaşı Sergey Qorbunovu edam etdiyini bildirib.

Digər əsirlərlə birgə Suriyanın Rakka şəhərində saxlanılan rusiyalı mühəndisin ölüm səbəbi açıqlanmasa da, təxmin edilir.

Belə ki, 2013-cü ilin oktyabrından terrorçuların girovluğunda olan Qorbunov bir müddət öncə yayılan görüntülərdə onunla yaxşı rəftar edildiyini, lakin dəyişdirilməzsə, edam olunacağını demişdi: 

“Beş gün ərzində məni Səudiyyə Ərəbistan vətəndaşı Xalid Süleymanla dəyişmək istəyirlər. Bu baş tutmasa, məni edam edəcəklər. Rusiya, Suriya liderlərindən və Beynəlxalq Qızıl Xaç Komitəsindən kömək istəyirəm. Məni buradan qurtarın...”(axar.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin