Maduronu ələ keçirmək üçün süni intellektdən İSTİFADƏ EDİBLƏR

Hazırda oxunan: Maduronu ələ keçirmək üçün süni intellektdən İSTİFADƏ EDİBLƏR

596208

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Venesuela prezidenti Nicolas Maduronun ələ keçirilməsi ilə bağlı əməliyyatda “Claude” adlı süni intellekt proqramından istifadə edib.

Bizim.Media xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumatlı mənbələrə istinadən yazıb.

Məlumata görə, “Claude” süni intellekt aləti “Anthropic” şirkəti tərəfindən hazırlanıb və ABŞ hərbçilərinin əməliyyatında tətbiq olunub.

Qeyd olunur ki, “Anthropic” platformanın zorakılıq, silah istehsalı və ya izləmə ilə bağlı istənilən fəaliyyət üçün istifadəsini qadağan edən ciddi məhdudiyyətlər tətbiq edir.
 

Bu fonda ABŞ Müdafiə Nazirliyi süni intellekt imkanlarına çıxışı təmin edən strateji tərəfdaş Palantir Technologies ilə 200 milyon dollarlıq iri müqavilənin ləğvi məsələsini nəzərdən keçirir. Məhz bu əməkdaşlıq çərçivəsində hərbi qurum “Claude” neyroşəbəkəsinin imkanlarından istifadə əldə edib.


Xatırladaq ki, yanvarın 3-də ABŞ hərbi qüvvələri Venesuelanın paytaxtı Karakasda və ətraf ştatlarda 11 strateji hədəfə genişmiqyaslı zərbələr endirib. Əməliyyat nəticəsində ölkə Prezidenti Nikolas Maduro xanımı Siliya Floreslə birlikdə ələ keçirilərək Nyu-Yorka aparılıb.

Maduro və onun həyat yoldaşına qarşı narkoterror məqsədilə sui-qəsd, kokainin ABŞ-a gətirilməsi üçün sui-qəsd, pulemyot və partlayıcı qurğuların saxlanması, eləcə də bu silah və qurğulardan ABŞ-a qarşı istifadə etmək məqsədilə qanunsuz sahibliklə bağlı ittihamlar irəli sürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin