Metyu Uitaker: “Onun bir telefon zəngi Ukraynadakı müharibəni bitirə bilər”

Hazırda oxunan: Metyu Uitaker: “Onun bir telefon zəngi Ukraynadakı müharibəni bitirə bilər”

596169

“Çin istəsə, Ukraynadakı müharibəni sabah dayandıra bilər”.

Bizim.Media “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın NATO-dakı səfiri Metyu Uitaker Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı danışıb.

Diplomatın sözlərinə görə, Çin prezidenti Vladimir Putinə bir telefon zəngi etməklə hərbi əməliyyatların dayandırılmasına nail ola bilər. O həmçinin qeyd edib ki, Pekin Rusiyaya ikili təyinatlı texnologiyaların satışını və Rusiya neft-qazının alışını dayandırmaq imkanına malikdir.
 

Uitaker bildirib ki, Çin Ukraynadakı münaqişə fonunda Rusiyanı “tam şəkildə dəstəkləyir”. Onun sözlərinə görə, müharibə başlayandan bəri Moskva ilə Pekin arasında tərəfdaşlıq münasibətləri daha da möhkəmlənib.


Səfir iddia edib ki, Rusiya pilotsuz uçuş aparatları və digər hərbi texnika üçün “kritik əhəmiyyətli” detalların və komponentlərin tədarükündə Çindən asılı vəziyyətdədir.

O, həmçinin Çinin Rusiya xam neftinin ən böyük alıcısı olduğunu vurğulayıb və əlavə edib ki, bu səbəbdən Pekin Moskvanın böhranla bağlı mövqeyinə təsir göstərə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin