Ukrayna Ali Radasında deputatların kütləvi zəhərlənməsi baş verib.
Bizim.Media xəbər verir ki, bunu “Strana” nəşri “Golos” partiyasının üzvü, deputat Yaroslav Jeleznyaka istinadən yayıb.
Deputatların məlumatına görə, onlarla xalq nümayəndəsi özünü pis hiss edib, yüksək hərarət, qusma və ishal simptomları müşahidə olunub.
Mümkün səbəb kimi parlamentin yeməkxanasında yemək yeyilməsi göstərilsə də, xəstələnənlərin bir qismi yeməkxana xidmətlərindən istifadə etməyib.
Hakim “Xalq Xidmətçisi” fraksiyasından olan bir deputat nəşrə faktı təsdiqləyib.
Deputatın sözlərinə görə, yalnız onun fraksiyasında “onlarla insan zəhərlənib” və simptomlar arasında 40 dərəcəyə yaxın hərarət, ishal və qusma var.
Digər fraksiyalarda vəziyyətin necə olduğu isə məlum deyil.
Bizim.Media

- A-
- A
- A+
Dünya
17:48 / 12.02.2026
Ukrayna Ali Radasında deputatlar kütləvi zəhərləndi – NƏ BAŞ VERİR?
Hazırda oxunan: Ukrayna Ali Radasında deputatlar kütləvi zəhərləndi – NƏ BAŞ VERİR?
Hazırda oxunan: Ukrayna Ali Radasında deputatlar kütləvi zəhərləndi – NƏ BAŞ VERİR?
595921
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































