Kim Çen İn hakimiyyəti kiçik qızına ötürəcək?

Hazırda oxunan: Kim Çen İn hakimiyyəti kiçik qızına ötürəcək?

595889

Cənubi Koreya kəşfiyyatına görə, Şimali Koreya lideri Kim Çen İn öz varisi kimi 2013-cü ildə doğulmuş qızı Kim Çu Yeni hazırlayır.

Bizim.Media xəbər verir ki, bu barədə Yonhap agentliyi yazıb.

Cənubi Koreya Milli Kəşfiyyat Xidməti (NIS) bildirir ki, qız son dövrlərdə dövlət tədbirlərində daha fəal iştirak edir. O, Koreya Xalq Ordusunun yaradılmasının ildönümü mərasimində iştirak edib və rejim üçün xüsusi simvolik əhəmiyyət kəsb edən Kımsusan Günəş Sarayına baş çəkib.

NIS hesab edir ki, Çu Ye artıq “varis olaraq təyin edilmə” mərhələsinə daxil olub. Əvvəllər onu “ən ehtimal olunan varis” adlandırırdılar, lakin indi hakimiyyətin ötürülməsinə hazırlığın daha rəsmi mərhələsindən söhbət gedir.

Cənubi Koreya kəşfiyyatı fevralın sonunda keçiriləcək partiya qurultayını diqqətlə izləməyi planlaşdırır. Əgər Kim Çu Ye həmin qurultayda iştirak edərsə və ya rəsmi titul alarsa, Pxenyandakı hakimiyyətin varisliyi barədə müzakirələr güclənə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin