“ABŞ İranda əməliyyata başlaya bilər” - Ryabkov

Hazırda oxunan: “ABŞ İranda əməliyyata başlaya bilər” - Ryabkov

595879

“ABŞ-ın İranda yeni hərbi əməliyyata başlama ehtimalını istisna etmək olmaz, bölgədə Vaşinqtonun təzyiqi hər gün artır”.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov danışıb.

Onun sözlərinə görə, Yaxın Şərqdə vəziyyət narahatedici görünür:

“Amerikalılar yenidən bölgəyə çoxlu sayda zərbə sistemləri cəmləşdiriblər, təzyiqi gündən-günə artırırlar, güc tətbiqi ilə bağlı hədələr səsləndirilir, İranda daxili siyasi vəziyyəti sabitsizləşdirmək cəhdləri davam edir. Orada yeni hərbi əməliyyatı istisna etmək olmaz.”

Ryabkovun açıqlaması ABŞ-ın Yaxın Şərqdə hərbi aktivliyinin artması fonunda verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin