Rusiya Sülh Şurasının Vaşinqtonda keçiriləcək ilk iclasına QATILMAYACAQ

Hazırda oxunan: Rusiya Sülh Şurasının Vaşinqtonda keçiriləcək ilk iclasına QATILMAYACAQ

595876

Rusiya nümayəndələri Sülh Şurasının fevralın 19-da Vaşinqtonda keçiriləcək ilk iclasında iştirak etməyəcək.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova TASS-ın sualını cavablandırarkən bildirib.

Zaxarova əlavə edib ki, “Moskvanın Sülh Şurasına münasibəti ilə bağlı mövqeyinin formalaşdırılması istiqamətində iş davam edir”.

Yanvarın 22-də Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində 19 ölkənin nümayəndələri Qəzza sektorunda sülh nizamlanması məqsədilə yaradılmış Sülh Şurasının Nizamnaməsini imzalayıblar. Vaşinqton digər dövlətlərin də təşkilata qoşulduğunu bildirib.

Sülh Şurası İsrail ilə radikal Fələstin hərəkatı HƏMAS arasında əldə olunmuş razılaşmaya uyğun olaraq Qəzzanın idarə olunması üçün yaradılıb. Lakin nəzərdə tutulur ki, qurum digər regionlarda da münaqişələrin qarşısının alınması və nizamlanması ilə məşğul olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin