Belarus Ukraynaya nota verdi - Vəziyyət hər dəqiqə gərginləşir

Hazırda oxunan: Belarus Ukraynaya nota verdi - Vəziyyət hər dəqiqə gərginləşir

59583

Belarus hökuməti Dnepr şəhərində ölkənin dövlət bayrağının əvəzlənməsi ilə bağlı rəsmi Kiyevə etiraz notası verib.

Bizim.Media xəbər verir ki, Belarusun Ukraynadakı səfirliyinin saytında yerləşdirilən məlumatda Dnepr meriyasından səfirin faktla bağlı müraciətinə cavab verilmədiyi üçün Ukrayna Xarici İşlər Nazirliyinə nota göndərilib.

"Bu insident suveren Belarus xalqına qarşı qeyri-dost münasibətin kinli təzahürü və dövlətlərin daxili işlərinə qarışmamaq prinsipinin kobud şəkildə pozulmasıdır. 

Dövlət bayrağının qoyulduğu yerə qaytarılmasını, rəsmi üzr istənilməsini və xarici dövlətin rəsmi rəmzlərinin təhqir olunması ilə bağlı araşdırma aparılmasını tələb edirik", - deyə məlumatda bildirilib.

Qeyd edək ki, fevralın 9-da Dnepr şəhərinin meri Boris Filatovun göstərişi ilə meriyanın qarşısındakı bayraq dirəyində asılmış Belarus bayrağı Belarusdakı etirazların simvollarından biri olan ağ-qırmızı-ağ rəngli kətanla əvəz edilib.
Bu, Belarus prezidenti Aleksandr Lukaşenkonun Ukrayna haqqında dediyi “manipulyasiya xarakterli bəyanatlar, təhdidlər və cəfəngiyatlardan” sonra edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin