Avropada gecə yuxusu üçün ən əlverişsiz şəhərlərin reytinqi açıqlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Daily Mail nəşri yazıb.
“European Sleep Index 2026” araşdırmasına əsasən, ən pis göstərici Praqaya məxsusdur. İlk üçlükdə həmçinin Varşava və Barselona yer alıb.
Tədqiqat 25 Avropa şəhərində gecə istirahətinə təsir edən amilləri təhlil edib. Qiymətləndirmə zamanı səs-küy, işıq, hava, siqaret və alkoqoldan istifadə, eləcə də orta yuxu müddəti nəzərə alınıb. Şəhərin ölçüsü əsas meyar sayılmayıb.
Praqa yüksək səs-küy, alkoqol istehlakı və siqaret yayğınlığı səbəbilə ən zəif nəticəni göstərib. Barselona isə 25 şəhər arasında ən yüksək səs-küy səviyyəsinə malik olub – buna güclü turizm axını və aktiv gecə həyatı səbəb göstərilir.
Reytinqə görə, Avropada gecə yuxusu üçün ən əlverişli şəhər Sürixdir. İlk üçlükdə həmçinin Amsterdam və Stokholm qərarlaşıb. Bu şəhərlər aşağı səs-küy səviyyəsi və gecə həyatının effektiv tənzimlənməsi ilə fərqlənir.
Araşdırmanı aparan Coway Europe şirkətinin nümayəndəsi bildirib ki, pis yuxu böyük şəhər səfərlərinin qaçılmaz hissəsi deyil, düzgün şəhər planlaması və səs-küyə nəzarət həm sakinlər, həm də turistlər üçün rahat şərait yarada bilər.
Reytinqdə Kiyevin yer almaması diqqət çəkir. Halbuki şəhər Rusiya-Ukrayna müharibəsi fonunda mütəmadi olaraq gecə saatlarında dron və raket hücumlarına məruz qalır. Demək olar ki, hər həftə paytaxtda hava həyəcan siqnalları verilir, “Şahed” tipli pilotsuz uçuş aparatları və müxtəlif tip raketlərlə hücumlar qeydə alınır. Hava hücumundan müdafiə sistemləri çoxsaylı hədəfləri zərərsizləşdirsə də, dağıntılar, yanğınlar və mülki infrastruktura ziyan halları baş verir.
Gecə saatlarında partlayış səsləri, sığınacaqlara enmə zərurəti və elektrik enerjisinin müvəqqəti kəsilməsi şəhər sakinlərinin normal istirahətini ciddi şəkildə pozur. Bu baxımdan, Kiyevdə gecə yuxusunun keyfiyyəti faktiki olaraq təhlükəsizlik vəziyyəti ilə birbaşa bağlıdır və müharibə şəraitində sabit gecə rejimindən danışmaq çətindir.
Bizim.Media

- A-
- A
- A+
Dünya
09:53 / 12.02.2026
Avropanın bu şəhərində gecə rahat yata bilməzsiniz – Kiyev siyahıda yoxdur
Hazırda oxunan: Avropanın bu şəhərində gecə rahat yata bilməzsiniz – Kiyev siyahıda yoxdur
Hazırda oxunan: Avropanın bu şəhərində gecə rahat yata bilməzsiniz – Kiyev siyahıda yoxdur
595805
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































