Tailandda 18 yaşlı şəxs məktəbdə 300-dən çox insanı girov götürdü – VİDEO

Hazırda oxunan: Tailandda 18 yaşlı şəxs məktəbdə 300-dən çox insanı girov götürdü – VİDEO

595721

Naməlum silahlı şəxs Tailandın cənubunda məktəbdə atəş açaraq bir neçə nəfəri yaralayıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı "Khaosod" nəşri yayıb.

Məlumata görə, hadisə Sonqxla əyalətinin Hatyay şəhərində baş verib. İnsident zamanı bir neçə nəfər yaralanıb, lakin itkilərin dəqiq sayı məlum deyil.
 

İlkin məlumatlara görə, şübhəli şəxs dərslər başa çatmazdan bir az əvvəl məktəb ərazisinə daxil olaraq, 300-dən çox şagird və müəllimi girov götürüb. Hadisəni törədənin 18 yaşı olduğu bildirilir.


Polis məktəbi mühasirəyə alıb və əhaliyə təhsil mərkəzinə gedən yollarda hərəkət etməməyi tövsiyə edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin