Günəşdə ardıcıl 3 güclü PARTLAYIŞ oldu

Hazırda oxunan: Günəşdə ardıcıl 3 güclü PARTLAYIŞ oldu

595678

Fevralın 11-də Günəşin aktiv sahəsində üç güclü alışma qeydə alınıb.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.

“Fevralın 11-də Moskva vaxtı ilə saat 03:09-da (Bakı vaxtı ilə 04:09) rentgen diapazonunda 4366 saylı ləkələr qrupunda (N16W84) 24 dəqiqə davam edən M1.2 sinifli alışma qeydə alınıb...
 

Saat 03:44-də rentgen diapazonunda 4366 saylı ləkələr qrupunda (N19W87) 21 dəqiqə davam edən M1.1 sinifli alışma qeydə alınıb... Saat 03:57-də rentgen diapazonunda 4366 saylı ləkələr qrupunda (N17W87) 9 dəqiqə davam edən M1.4 sinifli alışma qeydə alınıb”, – məlumatda qeyd olunub.


Qeyd edək ki, 4366 saylı aktiv sahə yanvar-fevral aylarında Günəşdə M və X sinifli alışmaların sayına görə XXI əsrin rekordunu yeniləyib. Bu cür hadisələrin ümumi sayı 66-ya çatıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin