Ukrayna Ali Radasının Milli təhlükəsizlik, müdafiə və kəşfiyyat komitəsinin katibi Roman Kostiyеnkо bildirib ki, Rusiya Donbası əldə etsə belə, müharibəni dayandırmayacaq.
Bizim.Media xəbər verir ki, bu barədə UNİAN nəşri yazıb.
Onun sözlərinə görə, Moskvanın məqsədi təkcə ayrı-ayrı regionlar deyil, daha geniş strateji planlardır.
Kostiyеnко qeyd edib ki, Rusiyanı yalnız ordusunun zəiflədilməsi, maksimum zərər vurulması və hava məkanının bağlanması dayandıra bilər. O vurğulayıb ki, Ukrayna üçün ərazilərin güzəştə gedilməsi yolu qəbuledilməzdir.
Deputat həmçinin bildirib ki, mövcud şəraitdə aparılan danışıqlar Ukrayna üçün sərfəli deyil və vəziyyətin dəyişməsi üçün zaman faktoru mühüm rol oynaya bilər.
Bizim.Media
































































































