ABŞ-da tətil edən 23 yaşlı britaniyalı modelyer Luci Harrison Texas ştatında atası Kris Harrison tərəfindən güllələnərək öldürülüb.
Bizim.Media xəbər verir ki, hadisə Lucinin İngiltərəyə qayıtmasına bir neçə saat qalmış baş verib.
Ata ilə qız arasında Donald Tramp və “Epstein sənədləri” ilə bağlı mübahisə yarandığı bildirilir. Mübahisədən sonra ata qızını yataq otağına aparıb və az sonra atəş səsi eşidilib. Gənc qadın hadisə yerində həyatını itirib.
Məlumata görə, ata əvvəllər alkoqol asılılığı səbəbindən reabilitasiya keçib. Münsiflər heyəti hadisə ilə bağlı heç kəsə ittiham irəli sürməyib.
Bizim.Media



































































































