Müştərilərə səhvən 42 milyard dollarlıq “Bitcoin” göndərildi

Hazırda oxunan: Müştərilərə səhvən 42 milyard dollarlıq “Bitcoin” göndərildi

595609

Cənubi Koreyanın ikinci ən böyük kriptovalyuta birjası olan “Bithumb” kampaniya zamanı texniki səhv nəticəsində müştərilərə təsadüfən 620 min “Bitcoin” paylayıb.

Bizim.Media xəbər verir ki, təxminən 42 milyard dollar dəyərində olan səhv 6 fevralda bir işçinin mükafat məbləğini Koreya vonu əvəzinə “Bitcoin”lə sistemə daxil etməsi ilə baş verib.
 

695 müştəriyə cəmi 620 min von verilməsi planlaşdırılsa da, nəticədə 249 istifadəçinin hesabında nəzərdə tutulan məbləğdən dəfələrlə çox aktiv görünüb. Hesablar dondurulmazdan əvvəl 86 müştəri təxminən 1788 “Bitcoin” satıb.


Cənubi Koreyanın Maliyyə Nəzarəti Xidməti hadisə ilə bağlı araşdırmaya başlayıb. “Bithumb” səhv əməliyyatların böyük hissəsinin düzəldildiyini bildirib və vəsaitlərin geri qaytarılması üçün müştərilərlə danışıqlar aparır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin