Nüvə düyünü fonunda HƏRBİ BLEF - ABŞ raketləri Tehranı belə VURACAQ - DETALLAR

Hazırda oxunan: Nüvə düyünü fonunda HƏRBİ BLEF - ABŞ raketləri Tehranı belə VURACAQ - DETALLAR

595490

Fevralın 6-da Omanda İran və ABŞ arasında keçirilən danışıqlar demək olar ki, nəticə vermədən başa çatıb. 

Belə ki, danışıqlar zamanı nüvə sənədlərinin mübadiləsi, həmçinin gələcək danışıqlar üçün “qırmızı xətlər” müzakirə edilib. Lakin hər hansı razılıq xəbəri və ya tərəflərdən müsbət siqnal gəlməyib.

Danışıqların nəticəsizliyi fonunda isə ABŞ İran ətrafında hərbi varlığını artırır.

Belə ki, bəzi məlumatlara görə, ABŞ HərbiHava Qüvvələrinə məxsus C-17A Globemaster III və xüsusi təyinatlı qüvvələri daşımaq funksiyasını yerinə yetirən MC-130 Super Hercules tipli hərbi-nəqliyyat təyyarələri Türkmənistana eniş ediblər.

Türkmənistan sərhədilə Tehran arasındakı məsafənin 300 kilometr olduğunu nəzərə alsaq, atılan addımı ABŞ-ın İrana yaxın bölgələrdə hərbi mövcudluğunu gücləndirdiyinə dair növbəti siqnal kimi dəyərləndirmək olar.

Eyni zamanda, İran da öz növbəsində sərt ritorikadan əl çəkmir.

Bir sözlə, tərəflərin son hərəkətləri hərbi əməliyyatların qaçılmazlığı təəssüratını yaradır.

Bizim.Media-ya açıqlamasında politoloq Qabil Hüseynli müharibənin baş verəcəyini real hesab etmir:

“Tramp şantaj etməklə hərəkət etməyi xoşlayır. Böyük bir armadanı İran ətrafında cəmləməklə Tehrana psixoloji təzyiq göstərir. Paralel olaraq, İranın nüvə silahı istehsal etməməsilə bağlı danışıqlar da gedir.

Trampın indi daha çox narahat edən daxildəki qalmaqaldır. Epişteyn qalmaqalı onun imicinə ciddi təsir göstərir. ABŞ dünyanın ən inkişaf etmiş dövlətidir. Amma bununla belə, Amerika cəmiyyətində son illər ziddiyyətlər də kəskinləşib. Ona görə bu cəmiyyət barədə artıq birmənalı fikir söyləmək də çətindir”.

İran böyük güzəştlərə məhkumdur.

Müsahibimizin fikrincə, Tehran yalnız nüvə silahı istehsalı ideyasından əl çəkməklə ABŞ-ın hədə və təhdidlərindən canını qurtara bilər:

“Bir sözlə, indiyə kimi tərəflər arasında müharibə riskinin artan xətt üzrə getdiyini görürdümsə, indi bunun əksini müşahidə edirəm. Sabitlik əlamətləri görünür. Bunun nəticəsində İran günlərin bir günü nüvə silahı istehsalından imtina edərək, müharibə ehtimalını sıfıra endirə bilər”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin