Mbappenin anasını görən hər kəs onu Mehmet Erbilə bənzətdi - FOTO

Hazırda oxunan: Mbappenin anasını görən hər kəs onu Mehmet Erbilə bənzətdi - FOTO

595488

“Real Madrid”in ulduz futbolçusu Kilian Mbappenin anası və eyni zamanda meneceri olan Fayza Lamari sosial şəbəkələrdə Mehmet Ali Erbilə bənzədilib. Sosial media istifadəçiləri Lamarinin üz cizgiləri və mimikalarının Erbili xatırlatdığını iddia edərək müxtəlif müqayisələr paylaşıblar.

Bizim.Media xəbər verir ki, bu barədə “haberler.com” saytı yazıb.

Kilian Mbappenin karyerasında mühüm rol oynayan Fayza Lamari təkcə anası kimi deyil, eyni zamanda ulduz futbolçunun meneceri kimi də futbol dünyasında yaxından tanınır. Lamari Mbappenin klub və müqavilə proseslərində fəal iştirak edir.

İddialara görə, Lamari “Real Madrid”dəki bəzi futbolçulardan daha yüksək illik gəlirə sahibdir.

Onun illik qazancının təxminən 4,5 milyon avro olduğu və Arda Güler, Gonzalo Qarsiya, Endrik, Andriy Lunin, Fran Qarsiya, Raul Asensio, Brahim Dias və Franko Mastantuono kimi futbolçulardan daha çox qazandığı iddia olunur.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin