SON DƏQİQƏ: Ukrayna ordusu əks-hücuma keçdi

Hazırda oxunan: SON DƏQİQƏ: Ukrayna ordusu əks-hücuma keçdi

595268

Ukrayna Dnepropetrovsk və Zaporojye vilayətlərinin sərhədində əks-hücum əməliyyatlarına başlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Rusiya hərbi mənbələri yayıb.
 

Məlumatlara görə, Ukrayna Silahlı Qüvvələri Zaporojye vilayətinin şərqində irəliləyən Rusiya qruplaşmasının sağ cinahına Pokrovskoye və Velikomixaylovka istiqamətlərindən hücum edərək rus qüvvələrini bölməyə və onların arxasına keçməyə çalışır.


Böyük döyüşlər həmçinin Ternovatoye və Gulyaypol ətrafında davam edir. Rusiya mənbələri Ukrayna bölmələrinin artıq Ternovatoyeyə daxil olduğunu etiraf edir və orada toqquşmaların davam etdiyini bildirir. Ukrayna tərəfi isə bu yaşayış məntəqəsinin artıq azad edildiyini bəyan edib.

Bild nəşrinin müşahidəçisi Yulian Repke də Pridorojnoye yaşayış məntəqəsinin azad edildiyini bildirir.

Rusiya mənbələrinin iddiasına görə, hücumlar duman şəraitində baş verib ki, bu da Ukrayna qüvvələrinin irəliləməsini asanlaşdırıb. Hazırda vəziyyət dinamik olaraq davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin