Avropa ABŞ-a məxsus ödəniş sistemləri olan Visa və Mastercard-dan asılılığı azaltmalıdır.
Bizim.Media xəbər verir ki, bunu Avropa Ödəniş Təşəbbüsünün (EPI) rəhbəri Martina Vaymert bildirib.
Onun sözlərinə görə, bu təşəbbüs 16 Avropa bankı və maliyyə şirkətini birləşdirir:
“Biz beynəlxalq ödəniş sistemlərindən çox asılıyıq. Milli həllərimiz var, amma sərhədlərarası ödənişlər üçün yoxdur”.
Avropa Mərkəzi Bankının məlumatına görə, 2022-ci ildə Visa və Mastercard-a Avrozonadakı əməliyyatların demək olar ki, az hissəsi düşüb, 13 ölkədə isə milli alternativ yoxdur.
Hətta daxili sistemlər mövcud olan yerlərdə də onların istifadəsi azalır. İtaliyanın sabiq baş naziri Mario Dragi xəbərdarlıq edib ki, belə asılılıq təsir və nəzarət vasitəsinə çevrilə bilər.
Bizim.Media






























































































