Rusiyada qubernatorlar şəxsi mühafizəyə xərcləri kəskin artırdı – NƏDƏN QORXURLAR?

Hazırda oxunan: Rusiyada qubernatorlar şəxsi mühafizəyə xərcləri kəskin artırdı – NƏDƏN QORXURLAR?

595258

Ukraynada genişmiqyaslı müharibə başlayandan sonra Rusiyanın region rəhbərləri şəxsi təhlükəsizliyə daha çox vəsait ayırmağa başlayıblar. 

Bizim.Media “Tenderplan”ın dövlət satınalmaları üzrə təhlilinə istinadən xəbər verir ki, əgər 2021-ci ildə regional büdcələrdən mühafizəyə 59,7 milyon rubl xərclənmişdisə, 2022-ci ildə bu rəqəm 91,6 milyon rubla, 2023-cü ildə 119,7 milyon rubla yüksəlib. 

2024-cü ildə xərclər 104,5 milyon rubla enib, lakin 2025-ci ildə yenidən artaraq 112,4 milyon rubla çatıb.
 

Belə ki, 2025-ci ildə Bryansk vilayətinin qubernatorunun mühafizəsinə 8,4 milyon rubl xərclənib. Stavropol diyarında isə 2026-cı il üçün bu məqsədlə 5,7 milyon rubl ayrılması planlaşdırılır. Kalmıkiya isə qubernatorun təhlükəsizliyi üçün 10,1 milyon rubl ayıracaq. Bu xidmətə 24 saatlıq mühafizə, marşrutlar üzrə müşayiət və qubernatorların olduğu obyektlərin təhlükəsizliyinin təmin edilməsi daxildir.


Politoloqlar mühafizəyə tələbatın artdığını, xüsusilə də sərhədyanı regionlarda risklərin yüksəldiyini qeyd edirlər. Bəzi qubernatorlar “xalqa yaxınlıq” imicini qorumaq üçün mühafizədən imtina etsələr də, təhlükəsizlik riskləri yüksək olaraq qalır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin