Fevralın 9-da səhər Günəşdə sonuncu güc sinfinə (M) aid partlayış baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə TASS-a Tətbiqi Geofizika İnstitutundan (Federal Dövlət Büdcə Qurumu "IPG") məlumat verilib.
Hesabatda qeyd olunub ki, "Fevralın 9-da Moskva vaxtı ilə saat 05:27-də (Bakı vaxtı ilə saat 06:27) 4366 nömrəli günəş ləkəsi qrupunda (N17W56) rentgen diapazonunda 30 dəqiqə davam edən M2.8 partlayış qeydə alınıb.
Daha əvvəl, fevralın 8-də 4366 nömrəli aktiv bölgəsinin M və X sinifli günəş partlayışlarının sayına görə 21-ci əsrin yeni rekordunu qırdığı bildirilmişdi. Belə hadisələrin ümumi sayı 66-ya çatıb.
Bizim.Media































































































