Qazaxıstanlı qadın beşinci mərtəbədən öz uşaqlarını (5 yaşlı qız və 3 yaşlı oğlan) tullayıb.
Bizim.Media yerli KİV-lərə istinadla xəbər verir ki, hər iki uşaq sağ qalıb.
Jambıl vilayəti səhiyyə idarəsinin məlumatına görə, 2021 və 2023-cü illərdə doğulmuş uşaqlar çoxsaylı xəsarətlərlə təcili olaraq vilayət uşaq xəstəxanasına çatdırılıb.
“Hər ikisinin baş və beyini diaqnostika edilib. Qızda həmçinin bud sümüyü sınığı mövcuddur, sabah əməliyyat olunacaq”, — deyə tibb işçiləri bildiriblər.
“İki azyaşlı uşağın qətlinə cəhd faktı üzrə cinayət işi açılıb. Qadın saxlanılıb və müvəqqəti həbs yerinə yerləşdirilib”, — deyə vilayət polis idarəsi məlumat verib.
Bizim.Media

































































































